Dəmir yumruq » Manşet » Prezident Berlində rəsmi qarşılandı - Fotolar
Manşet / Hadisə / Bugün, 16:38

Prezident Berlində rəsmi qarşılandı - Fotolar

   

  


 

 

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.
 
Demiryumruq.az xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlət başçısını qarşılayıb.
 
Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib.
 
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə raport verib.
 
Azərbaycan və Almaniyanın Dövlət himnləri səsləndirilib.
 
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.