Dəmir yumruq » Manşet » Səyyar “ASAN xidmət” Xankəndidə - Fotolar
Manşet / Hadisə / Bugün, 10:14

Səyyar “ASAN xidmət” Xankəndidə - Fotolar

 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində əzəli torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədilə tədbirlər davam etdirilir.
 
Demiryumruq.az xəbər verir ki, bu çərçivədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar “ASAN xidmət” Xankəndi şəhərində təşkil edilib.
 
23 iyuladək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.
 
Bu günədək Səyyar “ASAN xidmət” çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Cəbrayılda  vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar.
 
Əsas məqsəd harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının dövlət xidmətlərinə əlçatanlığını təmin etmək və heç kəsin bu xidmətlərdən kənarda qalmamasına nail olmaqdır.
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.