Dəmir yumruq » Manşet » Fələstinin Baş naziri Fəxri xiyabanda - Fotolar
Manşet / Hadisə / Dün, 12:11

Fələstinin Baş naziri Fəxri xiyabanda - Fotolar

 

 

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
 
Demiryumruq.az xəbər verir ki, Fələstin dövlətinin Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.
 
Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.
 
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.