Dəmir yumruq » Manşet » Azərbaycan Slovakiya üçün strateji tərəfdaşdır
Manşet / Siyasət / 15-07-2026, 18:58

Azərbaycan Slovakiya üçün strateji tərəfdaşdır

 

 

 

Xarici siyasətimizin prioritet istiqaməti olan ikitərəfli əməkdaşlıq sahəsində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Bunun üçün dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda həmin ölkələrin liderlərinin Azərbaycana səfərlərinin dinamikliyinə diqqət yetirmək kifayərdir. Hər bir səfər münaibətlərdə yeni səhifənin başlanğıcıdır. Bu qeyd olunanların fonunda bu gün Azərbaycan Slovakiya siyasi əlaqələri də çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.


Hər iki ölkənin qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər, hökümət nümayəndə heyətlərinin görüşləri, biznes forumların keçirilməsi iqtisadi və siyasi təmasları daha da artırmaqdadır. Azərbaycan və Slovakiya qlobal və regional platformalarda da birgə mövqe nümayiş etdirərək sülh və rifaha yönələn qətiyyətli fəaliyyətlərə töhfə verirlər. İki dövlət arasında 2024 – cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə və digər mühüm sənədlər əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza yaradaraq dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə çatdırıb.


          Slovakiya Respublikasının Prezidenti Peter Pelliqrininin iyulun 14-də Azərbaycana rəsmi səfəri strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirməklə yanaşı əməkdaşlığın daha geniş spektrdə inkişafı üçün güclü zəmin yaradır. Prezident Pelliqrinin mədəniyyət paytaxtımız olan Şuşa şəhərində rəsmi qarşılama mərasimi isə xüsusi rəmzi məna daşımaqla Slovakiya və onun dövlət başçısına olan hörmətin ifadəsi hesab edilə bilər.


Prezidentlərin mətbuata bəyanatında səsləndirilən fikirlərdən də aydın olur ki, qarşılıqlı etimad və dərin dövlət əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə, bütün sahələrdə etibarlı mühit formalaşdırıb. Bu gün Azərbaycan Slovakia əlaqələri çox yüksək səviyyədədir, müntəzəm xarakter daşıyan ali və yüksək səviyyəli siyasi təmasların dinamikası və həyata keçirilən layihələr bunu əyani şəkildə göstərir. Hər iki tərəf təkcə dialoq yox, praktik işlərlə əlaqələrin səviyyəsini nümayiş etdirir.


Azərbaycanı regional iştirakçı, sabitliyin və inkişafın qarantı adlandıran Slovakiya Prezidenti ölkəmizi Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşurutlarının əsas qovşağı hesab edir, Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olan, Asiya və Avropa ilə kəsişməsində yerləşən enerji, qeyri – enerji resurslarına və əlverişli coğrafi üstünlüyə malik Azərbaycanla regional proqramlarda müştərək addımlar atmağı hədəfləyir, nəqliyyat bağlantıları və nəqliyyat sahəsində əməkdaşlığa böyük önəm verir.


Ölkələrimiz arasında iqtisadi – ticari əlaqələr, energetika, hərbi – texniki və digər sahələrdə əməkdaşlıq uğurla davam edir. Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir. Prezident Peter Pelliqrinin iyulun 14-də həmin kəndə səfəri və yeni layihələrdə təmsil olunmaq niyyətini bəyan etməsi bir daha dost Slovakiya dövlətinin Qarabağın quruculuğunda Azərbaycanın yanında olmasının nümunəsidir. Cənab Prezident mətbuata bəyənatında bu məqama xüsusi diqqət çəkərək Qarabağın bərpasında göstərilən dəstək və töhfəni yüksək qiymətləndirdi.


Ümumilikdə bu tarixi səfər Azərbaycan Slovakiya ərazisində qurulan strateji tərəfdaşlığın yeni və daha dinamik mərhələsi kimi xarakterizə oluna bilər. İmzalanan razılaşmalar və Qarabağda atılan humanitar addımlar göstərir ki, iki ölkə arasında əlaqələr sadəcə bu günün reallıqlarına deyil, ortaq gələcəyin böyük perspektivlərinə hesablanıb.


 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.