Dəmir yumruq » Manşet » Şuşa Qoruq İdarəsinin vəzifələri artırılıb
Manşet / Hadisə / 15-07-2026, 17:56

Şuşa Qoruq İdarəsinin vəzifələri artırılıb

 

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edilib.
 
Demiryumruq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Ətraflı
 
Fərmana əsasən, İdarənin vəzifələri genişləndirilib.
 
“Avtomobil nəqliyyatı haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müvafiq ərazidə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək və müvafiq ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək bu sıraya daxil edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.