Dəmir yumruq » Manşet » İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
Manşet / Hadisə / 15-07-2026, 14:41

İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
 
Demiryumruq.az xəbər verir ki, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək, Daxili İşlər Nazirliyinə Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirmək tapşırılıb.
 
DİN Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
 
Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini DİN-in sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.