Dəmir yumruq » Manşet » Slovakiya Prezidenti Şəhidlər xiyabanında - Fotolar
Manşet / Hadisə / 15-07-2026, 13:56

Slovakiya Prezidenti Şəhidlər xiyabanında - Fotolar

 

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 15-də Şəhidlər xiyabanını ziyarət edib.
 
Demiryumruq.az xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
 
Sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Slovakiya Prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.