Dəmir yumruq » Manşet » "Zəngəzur dəhlizi vacib layihədir”
Manşet / Siyasət / 13-07-2026, 11:34

"Zəngəzur dəhlizi vacib layihədir”

 

"Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək”.
 
Demiryumruq.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.
 
“Onlar çox səmərəli şəkildə işlədilər, həmçinin Ermənistana da izah etdilər ki, bu sülh Ermənistana da lazımdır. Təbii ki, Ağ Evdə tarixi görüş zamanı mən Prezident Tramp və Ermənistanın Baş naziri üçtərəfli bəyanata imza atdıq. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri də sülh sazişini parafladılar”, - dövlət başçısı vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.