Dəmir yumruq » Manşet » Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi
Manşet / Siyasət / 12-07-2026, 19:26

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

 

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan "Yaşıl Enerji Dəhlizi" layihəsinin Avropa Birliyinin prioritet layihələri siyahısına daxil edilməsini təklif ediblər.
 
Demiryumruq.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə dörd ölkənin AB-nin energetika məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanladıqları birgə məktubda bildirilib.
 
Məktubda "Yaşıl Enerji Dəhlizi" layihəsinin artıq Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik kabeli kimi AB-nin ümumi maraq doğuran layihələri siyahısına daxil edilməsi xahiş olunur.
 
Qeyd edilib ki, layihənin texniki-iqtisadi əsaslandırması artıq tamamlanıb və bu mərhələdən sonra layihə rəsmi şəkildə inkişaf fazasına keçib.
 
Bakıda keçirilən nazirlər görüşündə isə layihənin növbəti iki il üzrə fəaliyyət planı və büdcəsi təsdiqlənib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.