Dəmir yumruq » Manşet » Prezident Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində görülən işlərlə tanış olub - Fotolar
Manşet / Hadisə / 11-07-2026, 19:05

Prezident Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində görülən işlərlə tanış olub - Fotolar

  

  

 

Prezident İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.
 
Demiryumruq.az xəbər verir ki, Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı 10 bina inşa edilib.
 
Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib. Bu layihənin icrası ilk növbədə tarixi şəhərimiz və mədəniyyət paytaxtımız olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir. Binaların inşası şəhərin gözəlliyinə əlavə rəng qatır, burada aparılan bərpa-yenidənqurma işlərinin həcmini göstərir. Bu, eyni zamanda, Şuşanın iqtisadi həyatının canlanmasına, şəhərin sakinlərinin və qonaqlarının rahatlığının təmin olunmasına da töhfə verir.
 
Qeyd edək ki, layihə həm də Azərbaycanda dövlət-özəl tərəfdaşlığının yüksək səviyyədə qurulduğunu aydın şəkildə nümayiş etdirir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.