Dəmir yumruq » Manşet » Nazir Balakəndə qəbul keçirdi - Foto
Manşet / Hadisə / 10-07-2026, 19:31

Nazir Balakəndə qəbul keçirdi - Foto

  

Baş prokuror Kamran Əliyev Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala və Qax rayonundan olan vətəndaşları qəbul edib.
 
Demiryumruq.az xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
 
Qəbulda iştirak edən 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.