Dəmir yumruq » Manşet » Leyla Əliyeva uşaqlarla ağac əkdi - Fotolar
Manşet / Hadisə / Dün, 18:01

Leyla Əliyeva uşaqlarla ağac əkdi - Fotolar

 

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunun Çuxur-Qəbələ kəndində yerləşən Qəbələ Arxeoloji Mərkəzinin parkında Qəbələnin Vəndam qəsəbəsindən olan rəssam Yəhya Cəlilovun ilk fərdi sərgisinin açılışında iştirak edib. Sərgidə rəssamın 38 əsəri nümayiş olunub.
 
Demiryumruq.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra Qəbələ Arxeoloji Mərkəzinin yaxınlığında yerləşən parkda İctimai Birliyin təşəbbüsü əsasında ağacəkmə aksiyası keçirilib.
 
Aksiyada Qəbələ və Bakıdan olmaqla, ümumilikdə 32 uşaq iştirak edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.