Dəmir yumruq » Manşet » Bu sahələrdə 20% azalma var - Səbəb
Manşet / Cəmiyyət / Bugün, 12:33

Bu sahələrdə 20% azalma var - Səbəb

 

2026-cı ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib - bu, 2025-ci ilin eyni dövrünə nisbətən 280 milyon 754,7 min manat və ya 22,9% azdır.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
 
“Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə keçən ilin eyni dövrü ilə müqaisədə 32% azalaraq (yenə azalma), 171 milyon 750,2 min manat təşkil edib.
 
Eyni dövrdə turistlər qidalanmaya 176 milyon 707 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 20,1% azdır.
 
Yanvar-mayda turizm zərfinin alınmasına isə 437,5 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 19,8% azalıb. Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 466,5 min manat (- 3%), idman və əyləncə xidmətlərinə 6 milyon 453,2 min manat (- 0,7%), malların və hədiyyələrin alınmasına 115 milyon 066 min manat (- 4,9%), digər istiqamətlərə isə 35 milyon 692,7 min manat (- 20,1%) xərclənib”, - o bildirib.
 
Ekspert vurğulayıb ki, turizmin multiplikativ effekti var – ardınca 9-10 sahəni dartıb aparır və buradakı azalmalarda o istiqamətlər görünür.
 
“Quru sərhədləri bağlı saxlamaqla, rəqabətli mühiti təsis etmədən, səyahətə təşviq edən hekayələr satmadan turizmi inkişaf etdirmək olmaz”, - o əlavə edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.