Dəmir yumruq » Manşet » İlham Əliyev: Avropa İttifaqı üçün Azərbaycan Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır
Manşet / Siyasət / Dün, 17:17

İlham Əliyev: Avropa İttifaqı üçün Azərbaycan Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır

 

 

Avropa Kommisiyasının prezdenti Ursula fon der Lyayenin Azərbaycana həyata keçirdiyi ötən gün məlum işgüzar səfər, xüsusilə də ali qonaqla aparılan geniş müzakirələr, eyni zamanda liderlərin mətbuata birgə bəyanatında prezident İlham Əliyevin prinsipial və rəsmi statistikaya əsaslanan çıxışı ölkəmizin həm Avropanın etibarlı strateji tərəfdaşı, həm də regionda diqtə olunan şərtləri deyil, suveren maraqları rəhbər tutan müstəqil güc mərkəzi olduğunu nümayiş etdirdi.


       Prezdent İlham Əliyev öz bəyanatında Azərbaycan ilə Avropa Komissiyası arasındakı münasibətlərə böyük önəm verdiyini vurğulayıb. Dövlət başçısı iqtisadi əlaqələrin mövcud vəziyyətini rəsmi göstəricilərlə diqqətə çatdırıb. Prezdentin nitqində qeyd olunub ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ölkənin ümumi xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Aİ-nın payına düşür, vurğulanıb ki, Azərbaycan eyni zamanda Avropa İttifaqı üçün Cənubi Qafqazın əsas ticarət mərkəzidir. Belə ki, Avropa İttifaqının bütün Cənubi Qafqaz regionu ilə apardığı ümumi ticarət dövriyyəsinin təxminən 70 % - i Azərbaycanın payına düşür.


          Dövlət başçısının çıxışında iki tərəf arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığın qurulduğu qeyd olunub. Xatırladılıb ki, xüsusi ilə 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memerandumundan sonra əməkdaşlıq daha da dərinləşib. Prezident İlham Əliyev qeyd edib ki, geosiyasi krizislər fonunda çətin vəziyyətlə üzləşən Avropa İttifaqı Bakıda etibarlı, müstəqil, proaktiv və sabit bir alternativ tərəfdaş tapıb. Son 4 il ərzində Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracının təxminən 65% artdığını diqqətə çatdıran dövlət başçısı bu göstəricinin Avropa İttifaqının 2022-ci ildə tamamilə doğru seçim etdiyini bildirib.


          Prezident İlham Əliyev ənənəvi enerji ixracı ilə yanaşı, bərpaolunan enerji potensialının reallaşdırılması layihələrini də şərh edib. Bəyanatda həmçinin Azərbaycanın Şərq və Qərb arasında, həmçinin mərkəzi Asiya və Avropa regionlarını birləşdirən “Orta Dəhliz” layihəsindəki mühüm logistik roluna toxunulub. Prezident İlham Əliyev vurğulayıb ki, bu gün bütün istiqamətlər üzrə Azərbaycan ərazisindən keçən yüklərin həcmi sürətlə artmaqdadır, Azərbaycan bu məqsədlə həm ölkə daxilində, həm də qonşuluqda nəqliyyat infrastrukturunun inkişafına böyük həcmli investisiyalar yatırıb və bu proses hazırda davam etdirilir.


          Dövlət başçısı çıxışında xüsusi olaraq regionun gələcək təhlükəsizlik və sabitlik arxitekturasından da geniş şəkildə bəhs edib. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh və normallaşma prosesinin uğurla davam etdiyini diqqətə çatdırıb. Regionda Azərbaycanın sülhün və əməkdaşlığın təşviqində sabitlik, etimad və ortaq rifah mühitinin yaradılmasında qətiyyətli liderlik nümayiş etdirdiyi bir daha bəyan olub.


Dövlət başçısı həmçinin Avropa Komissiyasının regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib, Azərbaycanın Avropa İtifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətləri üzrə inkişafında maraqlı olduğunu bildirib və həmçnin birgə səylər nəticəsində Cənubi Qafqazın sabitlik, təhlükəsizlik, əməkdaşlıq və davamlı inkişaf məkanına çevriləcəyinə əminliyini ifadə edib.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.