Dəmir yumruq » Manşet » Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Manşet / Hadisə / Dün, 18:12

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

 

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib.
 
O, Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verib, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğulayıb.
 
“Mygov” platformasının xidmət dairəsinin genişləndirildiyi, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirib.
 
Nazir fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, “mygov” və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini deyib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.