Dəmir yumruq » Manşet » Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
Manşet / Siyasət / Bugün, 18:17

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

 

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Nazirliyin “X” sosial şəbəkəsində paylaşım edilib.
 
Paylaşımda Ras Tanura bölgəsində baş verən faciəli helikopter qəzası nəticəsində 14 nəfərin həyatını itirməsindən dərin kədər hissi keçirildiyi bildirilib.
 
Vurğulanıb ki, Azərbaycan həlak olanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində “Saudi Aramco” şirkətinə məxsus helikopterin qəzaya uğrayıb. Hadisə nəticəsində azı 14 nəfər həlak olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.