Dəmir yumruq » Manşet » Nazir vətəndaş qəbulu keçirəcək
Manşet / Cəmiyyət / Bugün, 10:57

Nazir vətəndaş qəbulu keçirəcək

 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu və Lənkəranda polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
 
Demiryumruq.az xəbər verir ki, Lerik RPŞ-nin inzibati binasında baş tutacaq qəbulda Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.
 
Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.07.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
 
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyulun 7-də saat 11:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.
 
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.