İran Prezidenti Məsud Pezeşkianın Pakistanda Baş nazir Şahbaz Şəriflə birgə simvolik ağacəkmə mərasimində davranışı sosial şəbəkələrdə müzakirə tənqid yaradıb və medianın da bu səbəbdən diqqət mərkəzinə düşüb.
Adətən, bu cür mərasimlərdə liderlər ağacəkməni də simvollaşdırırlar: bir-iki bel torpaq, azca su, vəssalam – işi bağbanlar tamamlayır.
Ancaq Pezeşkian 1-2 belə torpaq atmaqla kifayətlənmir, həqiqi mənada ağac əkməklə məşğul olur. Pakistan Baş naziri Şahbaz Şərif hətta bir neçə dəfə onu saxlamağa çalışır, ancaq nəticə əldə etmir...
Pezeşkianın hərəkəti görməyə alışdığımız, vərdiş etdiyimiz diplomatiyadan, protokol qaydalarından bir qədər kənara çıxır. Pezeşkian, görəsən, ağacəkmə mərasimi görməyib, yoxsa bu mərasimdən əvvəl Protokol Xidməti ona nə etməli olduğunu xatırlatmayıb? Bütün bunlar bir yana, Şahbaz Şərifin bir neçə dəfə əlini onun kürəyinə qoymasınıdamı hiss edib, dayanmaq lazım olduğunu təxmin etmir?
Buna görə Pezeşkianın “qeyri-diplomatik” təsiri bağışlayan hərəkətini “qeyri-normal” adlandırmaq olarmı?
Məsud Pezeşkian çox yüksək təhsil alıb, ürək cərrahıdır, professordur. Hətta prezident seçildikdən sonra belə açıq ürək əməliyyatı aparan bir şəxsdir. Onun protokol qaydasından xəbərsiz olduğunu düşünmək sadəlövhlük olar. Bəlkə, bu da Pezeşkianın “simvolik protokol qaydalarına” etirazıdır? Bəlkə hər işə cərrah gözü ilə baxır və cərrahi əməliyyatda olduğu kimi, işi yarıda buraxmağın “həyatı” yarıda kəsə biləcəyi düşüncəsindədir?
Bu, həmin Pezeşkiandır ki, liderlərlə birgə söhbət edərkən İlham Əliyev otağa daxil olanda ayağa qalxmışdı. Onda da protokol qaydasını pozmuşdu, hətta öz ölkəsində buna görə tənqid də edilmişdi.
O, İlham Əliyevdən yaşca böyükdür, təmsil etdiyi ölkə də Azərbaycandan böyükdür, ancaq Pezeşkian sübut etdi ki, o məclisdə qanı-qanıbir qardaşına verdiyi dəyər ölçüyəgəlməz dərəcədə böyükdür!
Pezeşkianın ağacı əkməyə sonadək davam etməsini zəhmətkeşlik nümunəsi, ağaca, təbiətə, həyata sevgisi kimi qiymətləndirmək əvəzinə, “protokol pozuntusu” kimi müzakirəyə çıxaranlar Trampın 1 saat ərzində 10 dəfə özünü təkzib edən ziddiyyətli siyasi açıqlamalarına nədənsə biganədirlər!
Pezeşkianı aşağılamaq üçün bu görüntünü fürsət bilənlər bir çox liderin hər addımda qarşı tərəfin maraqlarına toxunan, onu alçaldan “diplomatik protokol qaydası pozuntuları”na susurlar!
Pezeşkian həyat qurtaran, bir insanın və canlının yaşamasına çalışan şəxsdir – İrpendən Qəzzaya qədər qətliamlar törədən deyil!
Pezeşkian həyatdan köçən arvadına sədaqəti ilə tanınan və əxlaqı nümunə olan bir türk ziyalısıdır – bir neçə dəfə ailə qurandan sonra adı Epşteyn qalmaqalında hallanan və yaxud arvadından şillə yeyən bir lider deyil!
Pezeşkian ən təhlükəli məqamda, şəhərə bombalar yağanda belə xüsusi qoruma olmadan xalqa qoşulub, küçədə yürüş edən şəxsdir – ziyafətin yaxınlığında güllə səsi gəldiyi üçün masanın altına girən, sonra da arvadını unudub, cangüdənlərin əhatəsində qaçan biri deyil!
Pezeşkian dürüstdür, səmimidir, rüşvətdən kənardır, korrupsiyadan uzaqdır, xalqın içindən çıxan və kimliyini unutmayan ziyalıdır və nəhayət, azərbaycanlıdır!
Pezeşkianla fəxr etmək fürsəti varkən ona dil uzadanların yanında olmaq olmaz!