ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb.
Demiryumruq.az xəbər verir ki, bu barədə bankın mobil tətbiqində istifadəçilərə göndərilən bildirişdə qeyd olunub.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik", - məlumatda bildirilib.
Qeyd edək ki, ABB-dən başqa "Expressbank" və “AccessBank”da da eyni problem müşahidə olunur.