Demiryumruq.az saytın elektron ünvanına müraciət daxil olub. Vətəndaşın xahişini nəzərə alıb müraciəti olduğu kimi ixtiyarınıza veririk:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya
Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi,
ev 94B, mənzil 28 ünvanda qeydiyyata olan və yaşayan
Bayramova Aygün Malik qızı tərəfindən
Çox hörmətli Mehriban xanım!
Siz bütün Azərbaycan balalarının qayğıkeş Anası kimi həmişə bütün uşaqlara, xüsusilə qayğıya ehtiyacı olan balacalara daim diqqət və qayğı ilə yanaşmış, onların probleminin həllini daim diqqətdə saxlamışınız. Müraciətimə Sizin rəhbəri olduğunuz Heydər Əliyev Fondu tərəfindən 2019-cu ilin dekabr ayının 30-da “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün təşkil edilmiş şənlikdə çıxışınızın bir neçə cümləsi ilə başlamaq istəyirəm:
-Hörmətli valideynlər, hörmətli müəllimələr, əziz uşaqlar.
Əziz uşaqlar, bu gün görülən bütün işlər, atılan bütün addımlar sizin xoşbəxt sabahınız, xoşbəxt gələcəyiniz naminədir. Yeni il, eyni zamanda, yeni arzular, yeni hədəflər, yeni imkanlardır. Mən arzulayıram ki, sizin hər birinizin ürəyində olan ən müqəddəs arzularınız gerçəkləşsin. Əminəm ki, ölkəmizi yeni qələbələr və yeni nailiyyətlər gözləyir”.
Çox hörmətli Mehriban xanım,
Siz bütün çıxışlarınızda, eyni zamanda uşaqlara, xüsusilə xüsusi qayğıya ehtiyacı olan körpələrə qayğı ilə yanaşırsınız, çıxışlarınız da belə “əziz uşaqlar” deyə müraciət edirsiniz. Bu Sizin, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin istiqamətidir. Bəli, əgər Dövlətimizin Ali Rəhbərliyi bu siyasəti həyata keçirir, eyni zamanda diqqət və qayğını göstərirsə, deməli hamı bu siyasətə zidd hərəkət etməməlidir. Hər kəsin, xüsusilə dövlət idarələrində, o cümlədən uşaqlarla işləyən insanlar da bu siyasəti örnək almalıdır. Amma təəssüf ki, həddini aşaraq, bu siyasətin əleyhinə gedən insanlar da qarşımıza çıxır, uşaqlarımızı incitməyi qarşılarına məqsəd qoyur və bunun üçün əllərindən gələn bütün iyrənc hərəkətləri edir və yekunda da Sizin qayğıkeş siyasətinizə qarşı çıxmağa cürət edirlər. Düşünürəm ki, Dövlət tərəfindən vəzifəyə təyin olunan insanların bu əməllərinə Dövlətimizin qurumları tərəfindən, onların yaramaz, Dövlətimizin siyasətinə zidd hərəkətlərinə adekvat cavab verilməli və onlar tutduqları vəzifədən uzaqlaşdırılaraq, Dövlətimizin siyasətinə zidd getməlirinin kökü araşdırılmalıdır. Məqsəd nədir? İnsanları incitmək və Dövlətimizdən narazı salmaq? Onlar heç vaxt buna nail ola bilməyəklər.
Çünki biz həmişə Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, bütün Azərbaycan uşaqlarının Anası Mehriban xanım Əliyevanın diqqəti və qayğısını hiss edirik, onların bu hərəkətləri bizi Sizə olan sevgimizdən və sədaqətimizdən uzaqlaşdıra bilməyəcək.
Çox hörmətli Mehriban xanım!
Mənim bir Ana kimi Sizə müraciət etməyimin səbəbi Sizin “əziz uşaqlar” dediyiniz mənim övladım, Azərbaycan Respublikasının vətəndaşı ??? qarşı Bakı şəhəri, Nizami rayonunda yerləşən 210 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülalıyeva Həqiqət İmran qızının övladıma qarşı olan izləmə və qaralama hərəkətlərinin qarşısının alınması və onların hərəkətlərinə hüquqi qiymət verilməsi, eyni zamanda 5B sinifinin rəhbəri Günay adlı müəllimənin Övladıma qarşı diqqətcil olmaması və kobud münasibəti ilə bağlıdır.
Belə ki, mənim Övladım ??? ??? il tarixdə Bakı şəhərində anadan olmuşdur. Övladımın Atası ??? oğlu ??? tarixdə vəfat etmiş və mən də Övladlarımı tək böyütmək məcburiyyətində qalmışam.
Övladım ilk olaraq idman litseyində yatılı olaraq təhsil almağa başlamış, lakin sonradan müəyyən səbəblərdən, eyni zamanda litseydə şərait pisləşdiyinə, yemək kifayət qədər yaxşı olmadığına, eyni zamanda təmir işləri getdiyinə görə oradan çıxarmaq məcburiyyətində qalmışam. Eyni zamanda qeyd etmək istəyirəm ki, Övladım futbolla maraqlanır və buna görə də idman litseyində təhsil alırdı.
Sonradan isə iş yerimə yaxın olduğuna görə Bakı şəhəri, Nizami rayonunda yerləşən 210 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülalıyeva Həqiqət İmran qızına müraciət etdim və Övladımın həssas olduğunu, qorxduğunu və həyacanlandığını, normal uşaqlardan qismən fərqləndiyini və buna görə iş yerimə yaxın olsun deyə qeyd olunan məktəbdə qeydiyyata alındığını və Övladıma diqqətlə yanaşılmasını xahiş etdim. Bununla əlaqədar olaraq, psixoloq tərəfindən verilmiş arayışı da məktəbin direktoruna təqdim etdim.
Çox hörmətli Mehriban xanım!
Mənim Dövlətim tərəfindən vəzifəyə seçilmiş və təyin edilmiş Bakı şəhəri, Nizami rayonunda yerləşən 210 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülalıyeva Həqiqət İmran qızı Dövlətimin Ali Rəhbərliyinin müdrik siyasətinə zidd gedərək, elə ilk gündən mənimlə kobud rəftar etmiş, sanki onun Dövlətimin tərəfindən təyin edilmiş məktəb direktoru kimi deyil, şəxsi şirkətinin rəhbəri kimi aparmışdır.
Belə ki, nəyə görə Övladımı bu məktəbdə qeydiyyata alındığını, digər məktəblər qala-qala niyə məhz bu məktəbi seçdiyimə görə mənə qarşı kobudluq eləməyə başladı, lakin artıq qeydiyyat proseduru bitdiyinə görə digər tədbirləri görə bilmədi. Mən isə iş yerimə yaxın olsun və mən istənilən zaman məktəbə gəlim deyə bu məktəbdə qeydiyyatdan keçdiyimizi və uşağımın bəzi həssas xüsusiyyətlərini qeyd olunan şəxsin nəzərinə bir daha çatdırdım.
Lakin, o anlamır ki, onu bu vəzifəyə mənim Dövlətim təyin edib və Dövlətimin Ali Rəhbərliyinin müdrik siyasətinə zidd getmək heç kimin həddi üçün deyil. Dövlətimin Ali Rəhbərliyi heç buna imkan da vermək və mənim kimi günahsız Analarının və Övladların ahını yerdə qoymaz.
Çox hörmətli Mehriban xanım!
Bundan təxminən bir ay sonra Mənim Dövlətim tərəfindən vəzifəyə seçilmiş və təyin edilmiş Bakı şəhəri, Nizami rayonunda yerləşən 210 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülalıyeva Həqiqət İmran qızı Dövlətimin Ali Rəhbərliyinin müdrik siyasətinə zidd gedərək Övladıma qarşı qaralama kompaniyalarına start verdi.
Qeyd etmək lazımdır ki, Övladımın oxuduğu 5B sinifi özü də biraz xüsusi sinifdi. Belə ki, qeyd olunan sinifdə yeni gələn şagirdlər sevilmiş və adaptasiya prosesi biraz uzun çəkə bilir. Övdadım da bu prosesə uzlaşmaq üçün səy göstərsə də məktəb direktoru tərəfindən qaralama kompaniyalarına valideynləri də cəlb etdi, guya mənim övladlarım məktəbin koridorunda digər uşaqlara çiyin vurduğuna və onları yıxdığına görə valideynlərin şikayəti əsasında mən məktəbə dəvət olundum. Hətta məsələni o həddə çatdırdılar ki, polisə müraciət etdilər və bununla bağlı bağlı polisdə izahat verməli oldum.
Lakin, Azərbayсan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun rəhbərlik etdiyi polis orqanları məsələyə düzgün yanaşmış, eyni zamanda məsələnin daxili işlər orqanlarının hüquqi qiymət verəcəyi müstəvidə olmadığı üçün məktəbə xüsusi nəzarət qrupu göndərmiş və nəticədə Bakı şəhəri, Nizami rayonunda yerləşən 210 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülalıyeva Həqiqət İmran qızına işində yol verdiyi nöqsanlara görə “Töhmət” elan olunmuşdur.
Ümumilikdə qeyd olunan sinifdən 3 şagird xaric edilmişdir. İşində yol verdiyi nöqsanlara görə “Töhmət” elan olunmuş Gülalıyeva Həqiqət İmran qızı daha da irəli gedərək mənə hədə-qorxu gəlmiş və Övladımın məktəbdən çıxarılması üçün təkidlər etməyə başlamışdır. Vurğuladığım kimi, sanki onu bu vəzifəyə mənim Dövlətim təyin etməyim və o şəxsi şirkətində işləyir. Mən isə ona Övladımın məktəb dəyişdirməsinin onun psixologiyasına pis təsir etdiyini, hər dəfə yeni məktəbə uyğunlaşmağın uzun dövr çəkəcəyini, buna görə də qanunsuz əməllərinə son qoymağını xahiş etdim.
Amma buna məhəl qoymayan və işində yol verdiyi nöqsanlara görə “Töhmət” elan olunmuş Gülalıyeva Həqiqət İmran qızı bütün müəllimlərin əli ilə Övladımın bütün fənlərinə “2” qiymət verərək, nəhayət ki, öz çirkin istəyinə nail oldu və Mehriban xanım Sizin “əziz uşaqlar” dediyiniz bir uşağı gələcəyini puç edərək və Sizin siyasətinizə zidd gedərək, günahsız və Atasız böyüyən qəlbi daim qırıq olan Övladımın psixoloji cəhətdən növbəti travma almağına nail oldu və Övladımı sinifdə saxladı. Sadəcə mənə maraqlıdır ki, Sizin bütün uşaqlara “əziz uşaqlar” dediyiniz halda, bir məktəb direktoru kimdir ki, mənim həssas övladımla ayaq-ayaqa qoyur və onun psixoloji travma alması üçün əlindən gəlir. Hətta mənim bununla bağlı onun səs yazıları da var və onları təqdim edirəm.
Çox hörmətli Mehriban xanım!
Göydə Allaha, yerdə isə bütün Övladların Anası olaraq, Sizə sığınıram və müraciət edirəm ki, mənə kömək edəsiniz. İşində yol verdiyi nöqsanlara görə “Töhmət” elan olunmuş, Mənim Dövlətim tərəfindən vəzifəyə seçilmiş və təyin edilmiş Bakı şəhəri, Nizami rayonunda yerləşən 210 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülalıyeva Həqiqət İmran qızı barəsində ciddi tədbir görülsün və onun fəaliyyətinə hüquqi qiymət verilsin. Müvafiq Dövlət qurumları tərəfindən bütün şagirdlərin təhsil səviyyəsi və onlara verilən qiymətlər yoxlanılsa Gülalıyeva Həqiqət İmran qızı qanunsuz fəaliyyətinin nəticələri çıxacaq.
Diqqətinizə görə Sizə təşəkkür edirəm. Allah Sizi və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevi qorusun. Biz hər zaman Sizin diqqətiniz və qayğınız hiss edirik. Çox xahiş edirəm ki, Sizin siyasətinizə zidd gedən insanlara, o cümlədən işində yol verdiyi nöqsanlara görə “Töhmət” elan olunmuş, Mənim Dövlətim tərəfindən vəzifəyə seçilmiş və təyin edilmiş Bakı şəhəri, Nizami rayonunda yerləşən 210 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülalıyeva Həqiqət İmran qızına yerini göstərin və onu cəzalandırın.
Hörmətlə Bayramova Aygün Malik qızı.
Tarix: 22.06.2026-cı il.
REDAKSİYADAN: Bakı şəhəri, Nizami rayonunda yerləşən 210 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Həqiqət Gülalıyeva dövlət müəssəsini öz şəxsi əmlakı hesab etməklə bir növ qanunları kobud şəkildə pozub. Ümumiyyətlə direktor haqqında heç də xoş məlumatlar mətbuata sızdırılmır. Müəyyən adlar altında pul yığma kampaniyasını elə sərbəst şəkildə həyata keçirir ki, sanki belə də olmalı idi. Əslində, H. Gülalıyevanın bütün əməlləri ciddi şəkildə araşdırılmalı və bundan sonra qərar verilməlidir. Çox güman ki, direktorun arxalandığı şəxs Elm və Təhsil Naziri Emin Əmrullayevdir. Bu istiqamətdə çox geniş araşdırmalarımız aparılır...