Bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun çıxartdığı hökmə əsasən Rasim İldırım məhkəmə zalındaca həbs edildi.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilmişdi. Belə ki, cinayət materiallarında göründüyü kimi adı hallanan şəxs Baləkən rayon sakini Qurban Piriyevdən, onu rayonların birinə icra başçısı təyin etmək adı ilə külli miqdarda pul ələ keçirmişdir. İstintaq materillarına əsasən qeyd edə bilərik ki, verilən vəd yerinə yetirilməmiş, qarşı tərəf də bu barədə hüquq mühafizə orqanlarına şikayət ünvanlayıb. Bundan sonra R. İldırım zərərkəkmiş şəxsə pulu geri qaytaracağını söz vermiş, lakin əməl etməmişdir. Məhkəmənin hökmünə əsasən, Rasim İldırım 9 il 9 ay azadlıqdan mərhum edilib.
Demiryumruq.az saytın apardığı araşdırmalarına əsasən R. İldırım hələ illər öncə ABU-nun rektoru E. Abdullayevin itkin düşümüş qardaşı Mahir Abdullayevi üzə çıxaracağına söz vermiş və bununla bağlı qarşı tərəfdən külli miqdarda pul aldığı məlum olmuşdur. Lakin o, bu dəfə də vədini yerinə yetirməyib. O zaman rayonların birində prokuror işlyən qardaşı Yusif İldirimzadənin dəstəyindən sonra məsələ qapanıb.
"Əfsuslər" olsun ki, azadlıqdan mərhum edilən R. İldırım növbəti dəfə qardaş köməyindən yaralana bilməyib. Nəzərinizə çatdırırıq ki, Yusif İldırımzadə Xətai rayonunun keçmiş prokuroru, sabiq Daxili İşlər Naziri R.Usubovun qudasıdır. Görünür, R. İldırım bu dəfə şəxsi münasibətlərin genişliyindən istifadə edə bilməyib. İddialara görə, dələduzluqda ittiham olunan R. İldırım qardaşının nüfüzündan sui-istifadə etrmək istəsə də arzusu gözündə qaldı.
Qeyd edək ki, icra başçıların təyinatı ancaq cənab Prezident həyata keçirir.
Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
P.S. Məsələ ilə bağlı redaksiyamıza daha ilginc məlumatlar daxil olub. Bu barədə növbəti yazılarımızda bəhs edəcəyik.
