Dəmir yumruq » Manşet » Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır
Manşet / Bugün, 08:29

Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır

 

Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv edilir.

Demiryumruq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Media və Yayım Şurası olacaq. 

Şuranın saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.