Ölkədə pərakəndə satış bazarında fəaliyyət göstərən "A Plus" supermarketlər şəbəkəsi "Aqro-Vest Retail" MMC-yə məxsüs olduğu heç kimə sir deyil.
Ümumiyətlə adı hallanan MMC ilə bağlı son günlər vətəndaşlar tərəfindən böyük narazılıqlar səslənir. Doğrudur, "A Plus" supermarketlər şəbəkəsi bir o qədər də tanınmır. Lakin əhaliyə vakansiya ilə bağlı müraciətlər sözün əsl mənasında gündəmə çevrilib. Satıcı, kassir və digər işçilərin tələb olunduğu "A Plus" supermarket daxilində nə üçün nizam-intizam qaydalarına riayət olunmur? Əməkdaşların hüquqları tapdalanır, müdir və müavin tərəfindən təhqir olunur.
Təbii ki, bu cür atmosfer bir növ supermarket müştərilərinə də öz mənfi təsirini göstərir. Sosial şəbəkələrdə yayımlanan narazılıqlar Abşeron rayon Masazır qəsəbəsində fəlaiyyət göstərən "A Plus" supermarket ilə bağlı olduğunu qeyd edilmişdi. Onu da nəzərinizə çatdıraq ki, Arzu adlı müdir müavini heç kimdən çəkinmədən marketin əməkdaşlarını hədələyir. İşçi günün 10 saatını əhaliyyə nümünəvi xidmət göstərirsə, buna yalnız təşəkkür etmək lazımdır. "İşdən azad edəcəm" hədələməklə yox.
Narazı qalan əməkdaşlar problemlərini kimə danışacaqlarını belə düşünə bilmirlər. Əgər hüquqları taplanan əməkdaşın problemi varsa saatlarla yol qət edib Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində baş ofisə gedib şikayət etməlidir. Heç bir halda yolların tıxacları nəzərə alınmır. Nəticə etibarı ilə qeyd edə bilərik ki, bir qismət çörəkdən ötrü əziyyət çəkən vətəndaşlar incidilir, bütün hallarda narazı salınır. Əslində, vətəndaşlara qarşı xoşagəlməz olaylar bir başa "Aqro-Vest Retail" MMC rəhbərliyinə qarşı atılmış addımdır.
Bu istiqamətdə araşdırmalarımız davam edir. Şikayətlər və təkliflər varsa bizimlə əlaqə saxlaya bilərsiniz.
Demiryumruq.az
