Dəmir yumruq » Manşet » TƏCİLİ! Güclü zəlzələ oldu - Qardaş ölkədə
Manşet / Dün, 08:40

TƏCİLİ! Güclü zəlzələ oldu - Qardaş ölkədə

 

Türkiyənin Qaziantep vilayətində zəlzələ baş verib.

Yeraltı təkanların gücü 4,6 bal olub. Zəlzələnin episentri Nurdağı rayonunda qeydə alınıb.

Rəsmi məlumatlarda bildirilir ki, zəlzələ ocağı yerin təxminən 7 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar ətraf ərazilərdə də hiss olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən monitorinq aparılır. İlkin məlumata əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.