Dəmir yumruq » Manşet » Baş Prokurorluq Tovuzda konfrans keçirdi - Fotolar
Manşet / Hadisə / 10-06-2026, 17:00

Baş Prokurorluq Tovuzda konfrans keçirdi - Fotolar

 

  

Tovuzda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Baş Prokurorluq tərəfindən “Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq” mövzusunda konfrans təşkil olunub.
 
Demiryumruq.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov Milli Qurtuluş Gününün Azərbaycanda sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi və qanunun aliliyinin bərqərar olunması baxımından tarixi əhəmiyyət daşıdığını qeyd edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquq sistemində aparılan islahatları diqqətə çatdırıb.
 
Milli Məclisin deputatı, Məhkəmə-Hüquq Şurasının və eyni zamanda Baş Prokurorluğun Elmi-Məsləhət Şurasının üzvü Nizami Səfərov isə çıxışında bu tarixi mərhələnin müasir Azərbaycan dövlətçiliyinin hüquqi-siyasi əsaslarının formalaşmasında həlledici rol oynadığını və qanunvericilik sisteminin güclənməsinə şərait yaratdığını qeyd edib.
Ətraflı
 
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Milli Qurtuluş Gününün ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasında və regionların inkişafında mühüm rol oynadığını bildirib.
 
Çıxış edən digər natiqlər də Milli Qurtuluş Gününün hüquqi dövlət quruculuğu, milli həmrəylik və qanunçuluğun möhkəmləndirilməsində əvəzsiz rolunu vurğulayıblar.
 
Konfrans çərçivəsində Azərbaycan Televiziyası tərəfindən hazırlanmış, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Qurulan gələcək” adlı sənədli film nümayiş etdirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.