Dəmir yumruq » Manşet » Bakıda gürcü həmkarı ilə görüşdü - Fotolar
Manşet / Hadisə / 5-06-2026, 10:20

Bakıda gürcü həmkarı ilə görüşdü - Fotolar

 

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Gela Geladze nümayəndə heyəti ilə birlikdə Azərbaycana rəsmi səfər edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Azərbaycandakı səfirliyi sosial şəbəkə hesablarında paylaşıb. 
 
Bildirilib ki, səfər çərçivəsində Gela Geladze Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb.
 
Tərəflər görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məsələlərini, Cənubi Qafqaz regionundakı mövcud vəziyyət və beynəlxalq təhlükəsizliyin qarşısında duran müasir çağırışları müzakirə ediblər.
 
Məlumata görə, artan qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
 
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinləri Tamaz Boraşvili və Aleksandre Maisuradze də görüşlərdə iştirak ediblər.
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.