Dəmir yumruq » Manşet » Prezident millimizi qələbə münasibətilə təbrik etdi
Manşet / Hadisə / 5-06-2026, 08:46

Prezident millimizi qələbə münasibətilə təbrik etdi

 

Prezident İlham Əliyev Azərbaycan minifutbol millisini Avropa çempionu olması münasibətilə təbrik edib.
 
Demiryumruq.az xəbər verir ki, dövlət başçısının sosial şəbəkə hesablarındakı paylaşımda deyilir. 
 
“2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
 
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.
 
Yaşasın Azərbaycan!”

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.