4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür.
Modern.az xəbər verir ki, hər iki jurnalist peşə borcunu yerinə yetirərkən həyatını itirib və onların xatirəsi dərin ehtiramla yad olunur.
Həmkarlarımızın əziz xatirəsi minnətdarlıq və hörmətlə anılır.
Allah rəhmət eləsin!