Dəmir yumruq » Manşet » Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb
Manşet / Dün, 08:49

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb

 

İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün bərpa-quruculuq işləri dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Demiryumruq.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib. 

O qeyd edib ki, indiyədək dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə təxminən 25 milyard manata yaxın vəsait ayrılıb.

“Konkret olaraq bölgələr üzrə rəqəmləri ayırmaq istəməzdim. Çünki burada həyata keçirilən layihələrin hamısı bir-biri ilə əlaqəlidir. Buna böyük bir meqa layihənin tərkib hissəsi kimi baxmaq lazımdır. Nümunə olaraq, yollar, dəmir yolları və ya iri su anbarları təkcə bir rayon üçün nəzərdə tutulmur. Həmin investisiyalar digər rayonlara da müsbət təsir göstərir”, - E.Hüseynov əlavə edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.