Dəmir yumruq » Manşet » "Halal" şirkətlərin milyonlarla borcu var
Manşet / 19-05-2026, 09:01

"Halal" şirkətlərin milyonlarla borcu var

Azərbaycanda "halal" adı altında fəaliyyət göstərən şirkətlərin milyonlarla borcu var.

Demiryumruq.az xəbər verir ki, "Azəri Halal" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 49.909,14 AZN vergi borcu yaranıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Əlişir Surxay oğludur.

"Az.Halal Qida" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.642.263,64 manat vergi borcu var. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Vüsal Hidayət oğludur.

Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əhmədov Sadiq Əhməd oğlu olan "Halal Food" MMC-nin isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 2.140.931,41 AZN-ə yüksəlib. /Qaynar/


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.