Dəmir yumruq » Manşet » TƏCİLİ! Bakıda məktəbdə FACİƏ yaşandı
Manşet / 14-05-2026, 10:39

TƏCİLİ! Bakıda məktəbdə FACİƏ yaşandı

 

175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-də pəncərədən yıxılıb.

Bununla bağlı BŞTİ-dən məlumat verilib.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.