Xəbər lenti
Dəmir yumruq » Manşet » “Dentera Dental Clinic“də pasiyentin başına oyun açdılar - VİDEO
Manşet / 8-05-2026, 10:34

“Dentera Dental Clinic“də pasiyentin başına oyun açdılar - VİDEO

 
Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir.
Demiryumruq.az Xəzər TV-yə istinadən xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində qızı "Dentera Dental Clinic"də üç dəfə həkim dəyişib və aparılan yanlış müalicə ciddi problemlərə səbəb olub.
Şikayətçinin sözlərinə görə, ilkin mərhələdə müalicə Qüdrət adlı stomatoloqa həvalə edilib. Lakin qısa müddət sonra həmin həkimin klinikadan ayrıldığı bildirilib.
Daha sonra pasiyent klinikanın başqa filialına yönləndirilib.
Şikayətçi qeyd edib ki, burada müalicəni davam etdirən digər həkim də bir müddət sonra klinikadan ayrılıb.
Məsələ ilə bağlı "Dentera Dental Clinic"ə müraciət olunub. Klinikanın baş həkimi Şahin Bayramov bildirib ki, adıçəkilən stomatoloqlar artıq həmin klinikada çalışmırlar.
Klinikadan həmçinin qeyd olunub ki, pasiyentin ödədiyi vəsait ona geri qaytarılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.