Dəmir yumruq » Manşet » Xəzər rayonunda qanunsuz tikinti: Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır – Foto
Manşet / Dün, 09:29

Xəzər rayonunda qanunsuz tikinti: Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır – Foto

Xəzər rayonu, Binə qəsəbəsində şəhərsalma normaları kobud şəkildə pozulur. Son illər rayonda qanunsuz tikintilərin sayı artmaqdadır.

Tribuna.az-a bu barədə məlumat verən Xəzər rayon sakinlər bildirib ki, 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilsə də, rayonda buna məhəl qoyan yoxdur.
Belə ki, sakinlərin sözlərnə görə, rayonun Binə qəsəbəsində daha bir qanunsuz tikinti işinə start verilib. Qəsəbədəki “Bənövşə” şadlıq evinin qarşısında bir müddətdir tikinti işləri aparılır. Sakinlər bildirib ki, sürətli formada aparılan işlər artıq yekunlaşmaq üzrədir.
Sakinlərin sözlərinə görə, qanunsuz aparılan bu tikinti ilə bağlı dəfələrlə Xəzər rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin tikinti artıq yekunlaşa da, indiyə qədər bir icra nümayəndəsi nə tikinti ilə, nə də vətəndaşların müraciəti ilə maraqlanıb.
“Şəhərsalma və Memarlıq İli”ndə Xəzər rayon İcra Hakimiyyətinin bu tikintiyə göz yumması rayonda ciddi narazılıq yaradıb.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.