Dəmir yumruq » Manşet » “Dehli” restoranı antisanitar şərait fəaliyyət göstərib
Manşet / Dün, 09:15

“Dehli” restoranı antisanitar şərait fəaliyyət göstərib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 9, zirzəmi ünvanında fəaliyyət “Saeed And Co” MMC-yə məxsus “Dehli” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.

XALQ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı aşkarlanıb. Həmçinin mətbəx sahəsində və avadanlıqlarda mütəmadi olaraq təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, ərzaq xammalının saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, mətbəx sahəsinin döşəmə və tavan hissəsində tamlığın pozulduğu müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.