Dəmir yumruq » Manşet » TƏBİB “Dr. Güllü” ilə bağlı MƏLUMAT YAYDI
Manşet / Bugün, 10:48

TƏBİB “Dr. Güllü” ilə bağlı MƏLUMAT YAYDI

 

Zəhərlənmə şikayətləri ilə xəstəxanaya yerləşdirilən “Dr. Güllü” adı ilə tanınan və estetik həkim olaraq fəaliyyət göstərən Gülbadə Abdullayevanın son durumu açıqlanıb.

TƏBİB-dən bildirilib ki, ötən gün 21:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın) halsızlıq və ürək bulanması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

“Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”. 

Qeyd edək ki, onun sirkə turşusundan zəhərləndiyi bildirilib.

Xatırladaq ki, Gülbadə Abdullayevanın adı lisenziya və diplomu olmadan fəaliyyət göstərən həkimlər sırasında hallanırdı. Həmçinin, əməliyyat zamanı qeyri-etik hərəkətləri ilə cəmiyyətdə qınağa səbəb olmuşdu.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.