Dəmir yumruq » Manşet » TƏBİB-ə yeni icraçı direktor müavini təyin edildi
Manşet / Bugün, 08:36

TƏBİB-ə yeni icraçı direktor müavini təyin edildi

 

Rahim Hüseynov TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib.

Demiryumruq.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumat üçün qeyd edək ki. R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil alıb, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlayıb.

Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanıb.

2021–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.