Dəmir yumruq » Manşet » “Pilgrim Education” Təhsil Mərkəzinə müraciət edən tələbələrin UĞURLARI
Manşet / Bugün, 10:12

“Pilgrim Education” Təhsil Mərkəzinə müraciət edən tələbələrin UĞURLARI

 

Ölkəmizdə son illər təhsil sahəsində fəaliyyət göstərən tədris mərkəzlərinin sayında artım müşahidə olunur. Doğrudur, hər bir mərkəz öz dəsti-xətti ilə fəaliyyət göstərməkdə davam edir. Etiraf edək ki, təhsil mərkəzlərin siyahısında ən çox uğur əldə edən məhz, “Pilgrim Education” Təhsil Mərkəzidir. Bəli, istər keyfiyyət, istərsə də peşəkarlıq baxımından mərkəzin qazandığı uğurlara diqqət yetirdikdə hər şeyin yüksək səviyyədə təşkil olduğunun şahidi oluruq.

Bu gün gənclərimizin ən böyük arsuzu xaricdə təhsil almaq və potensiallarını daha da yüksək formada inkişaf etdirməkdir.

Bu istiqamətdə kifayət qədər tələbələrimiz var ki, qarşılarına qoyduqları məqsədə nail olmaq üçün çalışır. “Pilgrim Education” Təhsil Mərkəzi olaraq hər zaman gələcəyimiz olan tələbələrə öz dəstəyimizi nümayiş etdiririk. Ötən yazılarımızda qəbul alan tələbələrimizin adlarını və təhsil aldıqları universitetləri qeyd etmişdik. Bundan sonra da qəbul alan tələbələrimizin adlarını və soyadlarını diqqətinizə çatdıracayıq:

1) Umnisə Babayeva- Dean's Diversity, Equity, İnclusion, and Belonging Scholarships və Tulsa Merit- Based təqaüdlərinin qalibi.

2023-cü ilin yayında Umnisə xanım ABŞ-da yerləşən South Florida və Tulsadan qəbullar almışdır. Onu da nəzərinizə çatdıraq ki, tələbəmiz hazırda Amerikadadır.

2) Musavər Əhmədov-100% tuition waiver of the Tartu University qalibi.

Tələbəmiz bizim dəstəyimizlə Jagellonian, Masaryk və Tartu universitetlərinə qəbul almışdır. Musavər bəy Quantitative Economics üzrə təhsil haqqından azad edilmiş, hazırda isə Estoniyada təhsilini davam etdirir.

3) Zeynəb Rəşidova- Dövlət Proqramı 2022-2026 qalibi, Glasgow, UK, İnclusive Education.

Eyni ilə də Zeynəb xanım bizimlə Litvadan, Birləşmiş Krallıqdan qəbullar əldə edib. Hal-hazırda Şotlandiyada yaşayır və təhsilini orada davam etdirir.

4) Murad Muradov- Dövlət Proqramı 2022-2026 qalibi, Newcastle, Evironmental Engineering üzrə.

Murad bəy 2023-cü ildə ADİU-dən məzun olmuşdur. Təhsil alarkən isə Work and Travel proqramı çərçivəsində ABŞ-da 3 ay yaşamışdır. Həmçinin tələbəmiz bizimlə Aberdeen və Newcastle universitetlərinə qəbul olmuşdur.

5) Azər Zeynallı- Dövlət Proqramı 2022-2026 qalibi, Newcastle, Automotion and Control üzrə.

Azər bəy də bizimlə Aberdeen və Newcastle universitetlərinə qəbul alıb. 

“Pilgrim Education” Təhsil Mərkəzinin uğurları tək bununla bitmir. Qeyd edək ki, gələcəkdə də bizə müraciət edən tələbələrimizə eyni ilə hər cür dəstək göstərməyə hazırıq. 


“Pilgrim Education” Təhsil Mərkəzi



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.