
AMEA- nın prezidenti İsa Həbibbəyli akademiyanın gənc alim və doktoranlarlna ustad dərsi keçdi- yəni master klas. İlk növbədə ən böyük biabırçılıq 20 dəqiqə mikrofon işləməyib.
Aydın nitqi olmayan ustadın nə danışdlğını nə inki anlamaq, ümumiyyətlə cümlənin həriflərini belə tanımaq müşkül məsələ idi. Ustad İsa müəllim özünün də anlamadığı süni intellekt və rəqəmsal texnalogiya haqqında əzbərlədiyi cümlələri hıqqana- hıqqana səsləndirdi. Yeni bir ideya, təklif və xoş bir söz eşidilməyib. Konkret desək, “ Azərbaycan” kəlməsi haqqında fikirlərini bölüşdüyü bildirilir. Hətta akademikin quru nitqindən bezib zalı tərk edənlərdə az olmayıb. Dah dəqiq desək dünyagörüşü, natiqlikdə Teymur Kərimli Həbibbəylidən savadlıdır. Məlumatlarda daha sonra vurğulanır ki, əlyazma oxuya bilməsə də, 24 saat spirtli içki qəbul etməkdə mahir ustatdır. Şəxsi həyatları ilə bağlı dərin düşüncələr qeyd etmək nə mətbuata, nə də oxuculara yaraşmayan mənzərədir. Bir faktı qeyd edək ki, adı hallanan hər iki şəxsin elmlə məşğul olmağa zamanları yoxdur. Ortaq cəhətləri odur ki, pula çox meyilli alimlərdəndir. Mətbuata sızan məlumatlara görə, həm də gələn gəlirə, qazanca şərikdilər.
İsa müəllim akademik olmazdan əvvəl xırda ticarətlə məşğul olub. 90- cı illərdə qardaşları ilə İrandan “ Bakuş” gətirib “ Təzə bazar” da satırmışlar. Alverə məhz o vaxtdan bağlandı. Bu minvalla Naxçivan Dövlət Universitetini alverxanaya çevirən İ. Həbibbəyli “perevod” məsələsində qazanc əldə edib. Daha sonra məlumatlarda o da qeyd olunub ki, 250 min dollar Ramiz Mehdiyevə verib vitse- prezident, sonra da Boz Kardinalı yıxıb prezident olub. Mirqasımov, Üzeyir bəy, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlər bilsəydilər ki, bir vaxt akademiya İsa Həbibbəyliyə həvalə olunacaq, bu ali elmi qurumu yaratmazdılar. Ümüd sonda ölür deyiblər. İnanaq ki, Dəmir Yumruq AMEA- ya layiqli bir alim rəhbər təyin edəcək. Akademiyanın nüfuzu qalxacaq və alimlərimiz layiqli işlər görəcək. Mərkəzi Elmi Kitabxanaya texnika üzrə alimi direktor təyin edib- qətiyyən kitabxana işindən, biblioqrafiyadan kənar bir adam. Bütün tədbirləri orada keçirib hesabdan pullar silirlər.
Həbibbəylinin qorxduğu bir alim var- Tarix İnstitutunun direktoru Kərim Şükürov. Çünki Kərim müəllim düz danışır, savadlıdır və rüşvət almır. Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli ilə isə uzun illərdir” Elm və Təhsil” nəşriyyatına şərikdir. İnstitutlarln bir çox jurnal və kitabları burada çap olunur. Az tirajla çap olunur, nüsxələrin sayı çox yazılıb hesabdan pullar silinir. Akademiyada işə qəbul 10 min manat, vəzifə 20 min manatdır. Ən bahalı institut Əlyazmalardır. Xırda şöbəyə müdir olmaq üçün 15 min manat verməlisən. Bir sözlə, nə qorxu var, nə də hürkü... Yuxarıya gedən şikayətkər ünvanlna çatmır. Sanki akademiya şəxsi mülkləridir. Ümid Allaha və ali rəhbərimizədir.
Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Demiryumruq.az