Dəmir yumruq » Manşet » "Pilgrim Education" Təhsil Mərkəzi valideyinlərə və tələbələrə MÜRACİƏT ETDİ
Manşet / Bugün, 11:31

"Pilgrim Education" Təhsil Mərkəzi valideyinlərə və tələbələrə MÜRACİƏT ETDİ

   

Redaksiyamıza "Pilgrim Education" Təhsil Mərkəzi tərəfindən müraciət daxil olub. Müraciəti hörmətli oxucularımızın diqqətinə çatdırırıq.

Əziz valideyinlər və dəyərli tələbələr!

Son günlər bir qrup şəxslər tərəfindən "Pilgrim Education" Təhsil Mərkəzinə qarşı qara kampaniyaya start verilib. Əslində, bu cür neqativ hallar bir neçə ildir davam edir və şirkət olaraq reytinqimizi, eyni zaman da səviyyəmizi qorumaq məqsədi ilə şər, böhtan yazanlara cavab vermək üçün qızıl zamanımızı ayırmadıq. Çünki, buna lüzum görmürdük. Həmən şəxslər qeyri-ciddi, mövqeyləri bəlli olmayan düşüncə ilə şirkətin işgüzar nüfuzuna zərər vuraraq Azərbaycan Respublikasının qanunvericliyinə görə hüquqi məsüliyyət daşıyacağını zənn edəcəklərini düşündük. Əfsüslər olsun ki, onlar bunu anlamaq əvəzinə, daha da irəli getməyi seçdilər.

Əziz valideyinlər və dəyərli tələbələr!

Nəzərinizə çatdıraq ki, fəaliyyətimiz dövründə neçə-neçə tələbələrimiz Avropanın ən tanınmış ali təhsil müəssisələrindən sayılan universitetlərdən qəbullar əldə etmişdir. Təbii ki, əldə olunan nailiyyətlər tək tələbələrimizin deyil, ümumi "Pilgrim Education" Təhsil Mərkəzinin möhtəşəm uğurlarıdır. Bəzən haqqımızda böhtan yazan sosial şəbəkə "qəhrəmanları" cızmaqara etməklə nəyə nail olduqlarını belə anlamırlar. Amma üzərimizə düşən vəzifədən istifadə edib faktlara söykənən arqumentlərlə, eyni zaman da qəbul alan tələbələrimizi diqqətinizə çatdırırıq.

1) Elvin İsmayılov- Avstraliyanın UWA Global Excellence Scholarship, Offshore and Engineering ixtisası üzrə qalibi. Elvin bizimlə təkcə University of Western Australia yox, həmçinin dünya üzrə top 150- də və Yeni Zenlandiyada yerləşən Auckland universitetinə də qəbul almışdır. 

2) Gündüz Əsədli- Stipendium Hungaricum, Corvinus, Macatistan, Finance ixtisası üzrə qalib. Hal-hazırda Gündüz bəy Budapeştdə təhsil alır.

3) İltifat Əlizadə-Stipendium Hungaricum, Tourism Management üzrə qalib. Eyni zaman da AESEC üzvü də olub. Bxmayaraq ki, bu sahə üzrə 10-dan az təqaüd yeri var idi, İltifat bəy bacarığı ilə müsahibəni uğurlu şəkildə keçmişdir. Macarıstanda təhsilini davam etdirir.

4) Aytac Yolçuyeva- Dövlət Proqramı 2022-2026 təqaüdünün qalibi, Sheffield universiteti, UK. "Pilgrim Education" Təhsil Mərkəzinin vasitəsi ilə Birləşmiş Krallığın Bristolda (Education ixtisası) və Sheffield (Arts Education: Early Childhood) kimi universitetlərdən qəbullar əldə edib.

5)Məhsəti Əzizova- Dövlət Proqramı 2022-2026 qalibi, Glasgow, UK, İnclusive Education. Məhsəti xanım bizimlə Belçikadan və Birləşmiş Krallıqdan qəbullar almışdır. Hal-hazırda Şotlandiyada yaşayır və təhsilini davam etdirir. 

6) Zeynəb Rəşidova- Dövlət Proqramı 2022-2026 qalibi, Glasgov, UK, İnclusive Education. Zeynab xanımda bizim qürur duyduğumuz tələbələrdəndir. Litvadan və Birləşmiş Krallıqdan qəbullar əldə edib. 

"Pilgrim Education" Təhsil Mərkəzi olaraq siyahını da da geniş formada təqdim edə bilərik. Əlbətdə ki, qeyd olunan adlar və soyadlar bizim fəxrimiz və qürurumuzdur. Qeyd edək ki, əldə olunan uğurlarımız bundan sonra da davam edəcək. Etiraf edək ki, Təhsil Mərkəzi olaraq qarşımıza qoyduğumuz hədəflər üçün var gücümüzlə çalışırıq. Lakin sağlam rəqabət apara bilməyən dardüşüncəli insanlar bizim qarşımıza əngəllər törətmək üçün əldən-ayağdan getdiyinin şahidi oluruq. Onu da diqqətinizə çatdıraq ki, haqqımızda əsassız yazılar paylaşım edənlər qanun qarşısında cavab verəcəklər. Bəli, bu gün internet mediası yazılı mətbuata nisbətən daha geniş yayılıb. İnsanlar da öz düşüncələrini məhz internetdə, sosial şəbəkələrdə yaymaqla üstünlük əldə edə bilirlər. İnternet azadlığından istifadə edib hər hansı bir şəxsin kimisə təhqir etməsi qəti yolverilməzdir. Həmən şəxslər anlamaq istəmirlər ki, təhqir ifadəsi heysiyyətini alçaltma, mənliyinə toxunma mənalarını daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, kütləvi nümayiş etdirilən yazılarda, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda müəyyən cərmələr, 1 ilədək müddətdə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.

Sivil və hüquqi dövlətdə yaşamaq həqiqətən də bir xoşbəxtçilikdir. Fəxrlə söyləyə bilərik ki, Müstəqil Azərbaycan Dövlətin qanunları ən yüksək şəkildə həyata keçirilir. Bəzi sosial şəbəkələrdə "Pilgrim Education" Təhsil Mərkəzi və rəhbərliyinin ünvanına şər, böhtan, iftira yazanlar barəsində artıq ali qurumlara müraciət olunub. Qanun şahdır, şah qanun deyil prinsipi ilə mübarizəmiz davam edir.

Əziz valideyinlər və dəyərli tələbələr!

Yuxarıda göstərilən tələbələrimizin siyahısını daha geniş formada qeyd edəciyik. Bir sözlə, "Pilgrim Education" Təhsil Mərkəzi bütün tələbələrə şəffav xidmət göstərməkdə davam edəcək. Bizim məqsədimiz və amalımız qəbul alan tələbələrimizdir, onların uğurlarıdır...

"Pilgrim Education" Təhsil Mərkəzi

 

  


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.