Dəmir yumruq » Manşet » Əvəzedicilər Liqası ləğv edilir - AFFA rəsmisi
Manşet / Bugün, 15:41

Əvəzedicilər Liqası ləğv edilir - AFFA rəsmisi

 

Azərbaycanda Əvəzedicilər Liqasının ləğvi müzakirə mövzusudur.

Demiryumruq.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O, U-20 millisindəki bəzi futbolçuların bu çempionatda çıxış etdiyini bildirib:

“Digərləri AFFA Gənclər Liqasında oynayırlar. Biz həm Peşəkar Futbol Liqası, həm də daxildə müzakirə apardıqdan sonra çempionatları dayandırdıq. Bunu etməyə məcbur idik. Çünki əks təqdirdə klublar yarışlarda istədikləri kimi çıxış etməyə bilərdilər. Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Hazırda AFFA İcraiyyə Komitəsi bunu müzakirə edir. Hələlik qərar verilməyib. Əvəzedicilər Liqası ləğv olunmasa, format dəyişikliyi də ehtimal olunur. AFFA Gənclər Liqasında da format dəyişikliyi ola bilər. U-20 komandasının texniki heyəti artıq məşq cədvəlini bizə təqdim ediblər. U-20 dünya çempionatı bizim üçün prioritet məsələdir. AFFA olaraq digər liqaları təlim-məşq toplanışına uyğunlaşdırmağa çalışacağıq”.

Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək. (Publika.az)


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.