Dəmir yumruq » Manşet » İsa Həbibbəyli, AMEA sizin üçün özəl şirkət deyil-İDDİA
Manşet / Bugün, 09:07

İsa Həbibbəyli, AMEA sizin üçün özəl şirkət deyil-İDDİA

 

Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli ilə bağlı növbəti sensasion xəbərlər gəlməkdə davam edir.  Demiryumruq.az saytın elektron ünvanına daxil olan məlumatlara əsasən akademiyada elə bir maxinasiyalar həyata keçirilir ki, sanki AMEA özəl şirkətdir və prezidenti də akademik İsa Həbibbəylidir. 

Ümumiyyətlə bəzi dövlət müəssisələrində, təşkilatlarda və digər qrumlarda rəhbər şəxslər tərəfindən yazılmayan qanunlar mövcüddür. Bunlar nədən ibarətdir? Ən əsası ailə üzüvlərindən ibarət "ansambıl" yaradılır və həmən şəxslərin adına dövlətdən ayrılan əmək haqları şəxsi hesablarına köçürülür. Bəli, bu cür neqativ hallara dəfələrlə rast gəlsək də nəticə etibarı ilə heç bir tədbir görülmür ki, görülmür...

Səslənən iddialara görə yuxarıda qeyd etdiyimiz proseslər məhz akademiyanın daxilində də höküm sürür. Deməli, hörmətli akademik bacı və qardaşların gəlinlərini akademiyanın inustutlarında işlə təmin etsədə onların heç biri işə gəlmədən dövlətin ayırdığı əmək haqqına sahibdirlər. Məsəl üçün Əlyazmalar İnsitutunda 15 nəfərə yaxın qohumlarının adına pullar mənimsənilir.

Ədəbiyyat İnsitutunda isə 10 nəfərdən çox şəxsin "ölü canlar" siyahısında adları qeyd olunur. Adətən iddialar konkret faktlara söykənməli, daha sonra sübütlarla təqdim olunmalıdır. Akademik İsa Həbbibbəylinin baçısı gəlini X.K. (adı şərtdir) ümumiyyətlə işə gəlmədiyi bildirilir. Zeynəb Xanlarovanın dayəsi isə daha maraqlı formada, yəni 3 aydan bir insituda gəldiyi vurğulanır.  Şərur Təhsil Şöbəsindən yaş həddi ilə əlaqədar pensiyaya çıxan şair İbrahim Yusifoğlu baş mütəxəsis vəzifəsi ilə mükafatlandığı şok xəbərlər sırasındadır.

 Baxmayaraq ki, baş mütəxəsisin şəxsi evi var və bununla kifayətlənməyən İsa Həbibbəyli şairə yatağxanada 1 otaq mənzil də hədiyyə edib. Akademikin məcaraları bununla bitmir. Əslən Naxçivandan olan tələbə yoldaşı İbrahim adlı bir kəndlisini Cənubi Azərbaycan Ədəbiyyat şöbəsinə elmi işçi kimi işə götürüb. Ən dəhşətlisi isə budur ki, 13 ildir işə və doktranturaya qəbul ödənişlidir.

Bir müddət öncə Müdafiə Şurasında korrupsiya halları ictimailəşdiyindən uzaq görən akademik gözdən pərdə asmaq üçün elmi katibi uzaqlaşdırıb, yerinə öz yerlisini təyin edib. Digər bir məlumatda isə qeyd edilir ki, üzün illərdir insitutda yaxın qohumlarına hər ay maaş qədər mükafat yazıb, yarısını dədə malı kimi bölüb geri götürürmüş. Bir sözlə, AMEA tənəzzülə uğrayır...

İnanaq ki, akademiyada mövcüd vəziyyət aidiyyəti qrumlar tərəfindən nəzarətə götürüləcək və elm adını daşıyan möhtəşəm bir təşkilat maxinasiyalardan azad olunacaq. 

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.