Son günlər sosial şəbəkələrdə AMEA ilə bağlı xoşagəlməz məlumatlar yayımlanmaqda məqsəd sırf ziyalılarımızın, alimlərimizin təmsil etdiyi akademiyanı nüfüzdan salmaq deyil, əksinə, bəzi neqativ və akademiya ətrafında yaşayan ciddi nöqsanları aradan qaldırmaqdır.
Doğrudur, problemləri həll etmək vacibdir, lakin həmən problemlərin kökündə duran məsələləri aradan qaldırmaq ilk növbədə Akademik İsa Həbibbəylinin bir başa vəzifə borcudur. Amma və lakin...
Görünən odur ki, çox hörmətli İ. Həbibbəyli rəhbər olduğu elmi mühitdə yürütdüyü bərbad kadr siyasəti, qeyri-şəffavlıq və digər məsələlər müzakirə olunur. Əslində, akademikin AMEA-na təyinatı heç də alimlərimiz tərəfindən bir mənalı qarşılanmadı. Məhz onun biabırçı idarəetmə məsələləri bir daha fakt və sübütları isbatladı. Hələ Akademik İsa Həbibbəyli Naxçivanda prorektor olan zaman özünün "silsilə" variantlarını işə salaraq rektor vəzifəsini ələ keçirtdi. Həqiqət nə qədər acı olsa da, bir o qədər reallığını qoruyub saxlamaqda davam edir.
Bəli, AMEA prezidenti İsa Həbibbəyli ən yaxşı halda fəlsəfə doktoru, az savadlı elmimizə yüklənmiş bir müəllimdir. Onu da nəzərinizə çatdıraq ki, Vasif Talıbov və Ramiz Mehdiyev sahəsində akademik AMEA-nin vitse-prezidenti vəzifəsinə "perevod" olundu. Məlumatlar sırasında o da vurğulanır ki, İ. Həbibbəyli bir zamanlar R. Mehdiyevin "kassası" kimi tanınıb. Hətta dokturanturaya, elmi işçini işə qəbul etmək belə qara yollarla həll olunduğu söylənilir.
Konkret desək akademik sanki akademiyani nüfüzdən salmaq üçün Ramiz Mehdiyev qarşısında öhdəlim götürüb. Elə məlumatlar var ki, onu ictimailəşdirmək akademiya adına heç də xoş deyil. Amma dolayısı ilə bütün elm adamlarımıza, alilərimizə çatdırmaq istəyirik ki, diqqətli olsunlar və akademiyamzın nüfüzüna zərbə vurmaq istəyən bəzi şəxslərə nəzarət etsinlər. Məsələ bizim diqqətimizdədir və yenidən mövzüya qayıdacayıq.
Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazıram.
Demiryumruq.az