Dəmir yumruq » Manşet » İfşa olunan ADPU-nun Quba filialının direktoru "fəallaşdı" - vergi statusunu passivləşdirdi
Manşet / Bugün, 11:14

İfşa olunan ADPU-nun Quba filialının direktoru "fəallaşdı" - vergi statusunu passivləşdirdi

Demiryumruq.az xəbər verir ki, 32gun.az-ın araşdırmasından sonra universitet direktoru bəzi addımlar atıb.

Daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru Yusif İmrayıl oğlu Alıyevin dövlətə vergi borcunun olması və fiziki şəxs kimi vergi ödəyicisi qismində aktiv statusda olması barədə məlumat yaymışdıq.

32gun.az-ın bu faktı ictimailəşdirməsindən və məsələni diqqət mərkəzinə gətirməsindən dərhal sonra, filial direktoru addım ataraq fiziki şəxsin vergi ödəyicisi kimi aktiv statusunu passivə çevirib.

Qeyd edək ki, fiziki şəxsin vergi ödəyicisi kimi aktiv statusda olması adətən sahibkarlıq fəaliyyəti, əlavə gəlir mənbələri və ya digər vergi öhdəlikləri ilə bağlı ola biləcəyi ehtimalını irəli sürürdü.

Direktor vergi borcu cüzi miqdar artsa da hələ də qalmaqdadır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru Yusif Alıyevdir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, universitet rektoru və ya filial direktoru vəzifəli şəxs hesab edildiyi üçün onlara elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıqla məşğul olmaq qadağandır.


"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vəzifəli şəxslərə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıqla məşğul olmaq və ya sahibkarlıq subyektlərinin idarə heyətində təmsil olunmaq birbaşa qadağandır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.