Dəmir yumruq » Manşet » Vəzifədən azad edilən baş memarın mülkləri - SƏNƏDLƏR
Manşet / 17-04-2026, 10:27

Vəzifədən azad edilən baş memarın mülkləri - SƏNƏDLƏR

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifəsindən azad etdiyi Baş memar Rəşad Əhmədəliyevin bəzi mülklərinin siyahısı ortaya çıxıb.

Demiryumruq.az pravdaaz-a istinadən xəbər verir ki, Əhmədəliyev həmin mülkləri özünün və atasının adına rəsmiləşdirib.


Siyahını təqdim edirik:
Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilənlər:
Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 – 43,80 kvadratmetr;
Sumqayıt şəhəri, Bulvar küçəsi, qeyri-yaşayış binası, 102 –  333,70  kvadratmetr;
Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80  – 29,40  kvadratmetr;
Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsi, qeyri-yaşayış binası, giriş 105C  – 20,70  kvadratmetr;
Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, torpaq sahəsi, 104 – 0,06 hektar;
Rəşad Elşad oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, torpaq sahəsi, 4A-cı məhəllə – 0,0507 hektar;
Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, Əli Mustafayev küçəsi 197, fərdi yaşayış evi – 86,50 kvadratmetr.
Sabiq baş memar zənglərimizə cavab verməyib.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.