Dəmir yumruq » Manşet » "TVN-İNŞAAT" MMC qaynaqçının əmək haqqını ödəmir-ŞİKAYƏT
Manşet / Bugün, 09:42

"TVN-İNŞAAT" MMC qaynaqçının əmək haqqını ödəmir-ŞİKAYƏT

 

Son günlər redaksiyamıza regionlarda fəaliyyət göstərən şirkətlərlə bağlı xoşagəlməz məlumatlar daxil olur. 

Demiryumruq.az olaraq şikayətlərin bir qismini və onları yaradan problemlərini oxucularımızın diqqətinizə çatdırırıq. Belə ki, Göygöldə "TVM- İNŞAAT" MMC adlı şirkət fəaliyyət göstərir. Onu da nəzərinizə çatdıraq ki, adı hallanan MMC ilə bağlı sosial mediada heç də təqdirəlayiq məlumatların şahidi oluruq. "Od olmayan yerdən tüstü çıxmaz" deyib atalarımız...

Şikayətçi tərəf  Əyyubzadə Camal Əyyub oğlu müraciətində hüquqları kobud şəkildə pozulduğunu iddia edir. Onun dediyinə görə, bir aydan artıq "TVM-İNŞAAT" MMC-də qaynaqçı işləyibmiş. Ay tamamında şirkət tərəfindən vətəndaşa ödənilməli olan 955(doqquz yuz əlli beş) manat pulu İbrahim Nəbiyev adlı şəxsə ödənilib. Vətəndaş daha sonra şikayətində əlavə edir ki, İ. Nəbiyev onun şəxsiyyətini təsdiq edən vəsiqəni alaraq onunla müqavilə bağlayacağını vəd verib. Sonradan məlum olub ki, nə şirkət, nə də ki, İ. Nəbiyev ümumiyyətlə Camal Əyyubzadə ilə heç bir müqavilə bağlamayıb. 

Apardığımız araşdırmaların nəticəsinə görə, şikayətçi C. Əyyubzadənin əmək haqqı İbrahim Nəbiyev tərəfindən mənimsənilib. Əslində, bu cür hallar ölkə vətəndaşına qarşı deyil, məqsəd ölkədə narazı kütlənin artmasına və dövlətin imicinə vurulan xələl kimi dəyərləndirilir. Əgər işçi quvvəsi həvalə olunan işi tam məsüliyyətli şəkildə icra edirsə o halda onların haqqını yemək ədalətsizlikdir. 

Biz redaksiya olaraq məsələni ictimailəşdiririk və inanırıq ki, vətəndaşlar yuxarıda adı hallanan "TVM-İNŞAAT" MMC ilə müqavilə bağlayarkən diqqətli olsunlar. Əks təqdirdə daha ciddi problemlərlə qarşılaşacaqlar.

Məqaldə adı hallanan şəxs və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.