Dəmir yumruq » Manşet » Pezeşkian İlham Əliyevə zəng etdi
Manşet / Siyasət / Dün, 19:22

Pezeşkian İlham Əliyevə zəng etdi

 

İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.
 
İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlətimizin başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.
 
Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.
 
Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.