
Bəli, xaricdə təhsil yolunda ən böyük dönüş nöqtələrindən biri nüfuzlu universitetlərdən qəbul almaqdır.
Sevindirici haldir ki, uğurlu nəticə dünyanın TOP universitetlərindən biri olan King’s College London-dan gəldi. Tələbəmiz Təbriz Məmmədov Cyber Security (MSc) proqramı üzrə rəsmi conditional offer əldə edərək beynəlxalq akademik mühitə doğru böyük addım atdı.
Hazırki qəbul heç də təsadüfi olmadı. Təbriz ilə birlikdə qurulan düzgün strategiya, akademik profilin gücləndirilməsi və proqram seçiminin dəqiq planlanması nəticəsində bu uğur əldə olunub. Xüsusilə texnologiya və təhlükəsizlik sahəsində artan qlobal tələbi nəzərə alsaq Cyber Security istiqamətinin seçilməsi həm aktual, həm də gələcəyə yönəlmiş doğru qərardır.
Qeyd edək ki, qəbul şərtlərinə əsasən tələbə yüksək akademik göstəriciləri və ingilis dili tələblərini tam şəkildə ödəməlidir. Bu isə onu göstərir ki, TOP universitetlər yalnız qəbul verməklə kifayətlənmir, eləcə də tələbənin yüksək keyfiyyət standartlarını qorumasını da tələb edir. Bu mərhələ düzgün idarə olunmadıqda bir çox tələbə çətinliklərlə üzləşir və məhz bu nöqtədə peşəkar dəstəyin rolu ön plana çıxır.
Ən önəmli məqamlardan biri isə bu qəbulun növbəti mərhələdə dövlət proqramı çərçivəsində maliyyələşdirilməsi üçün planlaşdırılmasıdır. Bu isə təhsili daha əlçatan edir və beynəlxalq səviyyədə inkişaf üçün böyük imkanlar yaradır.
Beləlikkə, düzgün strategiya, peşəkar yanaşma və planlı hazırlıq olduqda dünyanın ən prestijli universitetlərinə qəbul almaq reallığa çevrilir. Təbrizin hekayəsi isə bu uğurlu yolda addımlamaq istəyən digər tələbələr üçün həm motivasiya, həm də real nümunədir. Xaricdə təhsil artıq əlçatmaz deyil, düzgün addım atanlar üçün bu yol açıqdır.
"Pilgrim Education" MMC olaraq qəbul alan bütün tələbələrimizə bol-bol uğurlar arzulayırıq. Təbii ki, əldə olunan uğur bizi daha da ruhlandırır və gənclərə təkan vermək üçün imkanlar yaradır.
"Pilgrim Education" MMC