Dəmir yumruq » Manşet » Nəsimi rayonunda “Koala Park“ ərazisində ağaclar kəsilərək tikinti aparılır - VİDEO
Manşet / Bugün, 09:24

Nəsimi rayonunda “Koala Park“ ərazisində ağaclar kəsilərək tikinti aparılır - VİDEO

 

Ağacları kəsib yerində iaşə obyekti tikirlər...
Xezerxeber.az-ın xəbərinə görə,"Koala Park" kimi tanınan ərazidə çəkilən videogörüntüdə vətəndaşalar iddia edirlər ki, Nəsimi rayonu Ənvər Qasımzadə 15 ünvanında ağaclar kəsilərək yerində tikinti işlərinə başlanılıb. Sifariçisi "İnam V" MMC olan tikintinin kafe kimi fəaliyyət göstərəcəyi də iddia olunur.
Görüntülərin izi ilə ünvana yaxınlaşdıq. Ərazi artıq hasarlanıb, biz də qapını açıb tikinti aparılan əraziyə keçdik. 
Ərazidə çalışanlardan öyrəndik ki, tikintiyə bir neçə gündür başlanılıb.
Sakinlərin isə park ərazisində aparılan tikintiyə münasibətləri birmənalı deyil.
"İnam V" MMC -nin məsul şəxsi də iaşə obyektinin kafe kimi fəaliyyət göstərəcəyini təsdiqlədi. Ağacların kəsilməsi iddiasını isə qəbul etmədi.
bitmap-img6



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.