Dəmir yumruq » Manşet » Bu icra hakimiyyətində kütləvi ixtisar – 43 nəfər işdən azad olundu
Manşet / Bugün, 07:53

Bu icra hakimiyyətində kütləvi ixtisar – 43 nəfər işdən azad olundu

 

Şamaxı Rayon İcra Hakimiyyətində bəzi vəzifələr ləğv edilib. Yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyətində ixtisara düşən işçilərin sayı məlum olub.

Demiryumruq.az xəbər verir ki, nocommentaz-ın əldə etdiyi məlumata görə, icra başçısı Tahir Məmmədovun imzaladığı əmrə əsasən, aparılan islahatlar nəticəsində icra hakimiyyətində 43 nəfər işdən çıxarılıb.

Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı , Bərdə Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.