Dəmir yumruq » Manşet » "Pilgrim Education" Təhsil Mərkəzi: "Tələbələrimiz bizi sevindirməkdə davam edir"
Manşet / Bugün, 08:14

"Pilgrim Education" Təhsil Mərkəzi: "Tələbələrimiz bizi sevindirməkdə davam edir"

 

Azərbaycan gəncləri arasında “xaricdə təhsil” anlayışı getdikcə daha çox maraq doğurur. Bəli, bu ifadə adətən tələbənin attestat və ya bakalavr diplomu əsasında xarici ali məktəbə qəbul olması kimi anlaşılır. Əslində, qeyd etdiyimiz model bir çox Avropa, Asiya və hətta Türkiyə universitetlərində rəsmi şəkildə tətbiq olunur...

Bu istiqamətdə qazanılan uğurlar “Pilgrim Education” Təhsil Mərkəzi üçün böyük önəm kəsb edir. Ötən yazılarımızda qeyd etmişdik ki, Xəzər Universitetinin məzunu olan Turan Hüseynzadə Pilgrim Education Mərkəzinin peşəkar dəstəyi ilə Avropanın nüfuzlu universitetlərindən bir neçə qəbul əldə etməyi bacarıb. O, İtaliyanın və ümumilikdə Avropanın ən tanınmış ali təhsil müəssisələrindən sayılan, dünyanın TOP 200 universitetləri sırasında yer alan Padua Universiteti və Sapienza Universitetindən qəbul məktubu alıb.

Bununla yanaşı T. Hüseynzadə Almaniyanın aparıcı tətbiqi elmlər universitetlərindən biri olan Offenburg University of Applied Sciences (UAS Offenburg) universitetindən də qəbul əldə edərək akademik uğurlarını daha da möhkəmləndirib. Bunlardan əlavə Natiq Cavadov, Rübabə Aslanova, Fərid Mehtiyev və Ülkər Nəsibli bu ilki Dövlət Proqramı 2022-2028 təqaüdünü əldə etdiyini xəbər vermişdik. Eyni zaman da digər tələb əmiz Nilüfər Əliyeva Data Science ixtisası üzrə ümumilikdə 6 universitetdən qəbul alıb, onların 4-ü Avstraliyada, 2-si isə İspaniyada yerləşir.

Əlbətdə ki, bu uğur tək tələbələrimizin deyil, “Pilgrim Education” Təhsil Mərkəzinin iş prinsipi və düzgün istiqamətləndirmənin bariz nümünəsidir.

Nəzərinizə çatdıraq ki, daha bir tələbəmiz Abbaslı İbrahim "Castelldefels School of Social Sciences" universitetindən rəsmi qəbul məktubu əldə edərək İspaniyada təhsil almaq imkanı qazanıb. Tələbəmiz A. İbrahim haqqında onu qeyd edə bilərik ki, hazırlıq prosesində göstərdiyi davamlılıq, məqsədyönlülük və yüksək motivasiya onun əldə etdiyi nəticəyə müsbət təsir göstərdi. Ümümuyyətlə nizam-intizamlı tələbəmiz hər zaman özünü inkişaf etdirməyə çalışır, beynəlxalq təhsil mühitinə qoşulmağa tam hazır olduğunu vurğulayır. 

“Pilgrim Education” Təhsil Mərkəzinə müraciət edən tələbələrimizin davamlı uğurları bir daha sübüt edir ki, doğru planlama və peşəkar dəstək sözün əsl mənasında böyük hədəflərə çatmaq üçün bir yoldur. İnanırıq ki, Abbaslı İbrahim Barselona şəhərində ən yüksək formada təhsil alaraq bizi yeni-yeni nailiyyətləri ilə sevindirəcək. 

Biz də öz növbəmizdə tələbəmizə uğurlar arzu edirik. 

“Pilgrim Education” Təhsil Mərkəzi


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.